İngiltərənin "Liverpul" klubunun rəhbərliyi Məhəmməd Salahın yerinə digər afrikalı futbolçu Yan Dyomandeni heyətə qatmaq istəyir.
"Report" insayder Florian Plettenberqə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin rəsmiləri Almaniyanın "Leyptsiq" komandasında çıxış edən 19 yaşlı vingerin transferinə "yaşıl işıq" yandırıblar.
Son ölkə çempionu Fildişi Sahilindən olan oyunçunun agenti ilə danışıqlara da start verib. Lakin hələlik klublar arasında danışıqlar başlamayıb.
Xatırladaq ki, Yan Dyomande cari mövsüm Almaniya Bundesliqasında 29 oyunda 12 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.