IMG-LOGO

Kənar dairəvi yolda minik maşını "Kamaz"la toqquşub, ölən və xəsarət alanlar var

21 Apr 2026 11:35 3 baxış
IMG

Yasamal rayonu, Kənar dairəvi yolda minik avtomobilinin "Kamaz"la toqquşması nəticəsində ölən və xəsarət alanlar var.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Toyota" markalı minik avtomobilinin hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edib. Həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti