IMG-LOGO

Qobustanda bir ailənin 4 üzvü zəhərləndi

21 Apr 2026 10:53 4 baxış
IMG
1 0

Qobustan rayonunda bir ailənin dörd üzvü zəhərlənib.

Lent.az xəbər verir ki, rayon sakinləri - 30 yaşlı X.Mədətova, 11 yaşlı F.Mədətova, 10 yaşlı M.Mədətov və 4 yaşlı A.Mədətov ilkin ehtimallara görə, yaşadıqları evdə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, hazırda müalicələri davam edir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

hadisə zəhərlənmə

Xəbər lenti