Xəbər verildiyi kimi, Lionel Messi "Kornellà" klubunun sahibi olub.
Lent.az xarici mediaya istinadən bildirir ki, İspaniya klubu rəsmi olaraq səhmlərin argentinalı futbolçuya satıldığını elan edib.
"Bu addım Messinin "Barselona" ilə sıx əlaqələrini və Kataloniyada idman və yerli istedadların inkişafına sadiqliyini gücləndirir - bu əlaqələr onun "Barselona"da olduğu dövrdən başlayıb və bu günə qədər davam edir.
Lionel Messinin gəlişi klub tarixində həm idman, həm də institusional inkişafı stimullaşdırmaq, təməllərini möhkəmləndirmək və istedadlara sərmayə qoymağa davam etmək məqsədi daşıyan yeni bir fəslin başlanğıcını qeyd edir", - “Kornella” klubunun açıqlamasında bildirilib:
Hələlik, “Kornella”da inkişaf təşəbbüsləri minimal olacaq. “Marca”nın məlumatına görə, bu, Messinin hələ də futbol oynaması ilə bağlıdır. Media qurumları onun karyerasının başa vurması ilə klub üçün əhəmiyyətli irəliləyişlər proqnozlaşdırır. Məsələn, Lionel etibar etdiyi insanları əsas vəzifələrə təyin etməyi planlaşdırır.
Əsas diqqət akademiyaya yönələcək. “Kornella” artıq "Barselona"nın müdafiəçisi Jerar Martin və Kataloniya klubunun əfsanəsi Jordi Alba yetişdirib. "Arsenal"ın qapıçısı David Rayya da komandanın gənclər komandasının yetişdirməsi olub.
Buna görə də, argentinalı klubunun bu sektorunu əhəmiyyətli investisiyalarla inkişaf etdirəcək.
Klub Barselona əyalətindəki Kornella-de-Lobreqatda yerləşir. Ölkənin beşinci ən güclü liqası olan Kral İspaniya Futbol Federasiyasının Üçüncü divizionunda mübarizə aparır.
"Kornellà" 30 turdan sonra 55 xalla qrupunda üçüncü yerdədir və dörd tur qalmış lider “Manresa”dan beş xal geri qalır.
İdman xəbərləri
