IMG-LOGO

Andreas Kristensen "Barselona"nın müqaviləni yeniləmək təklifini rədd edib

21 Apr 2026 10:01 4 baxış
IMG

Andreas Kristensen "Barselona"nın müqaviləni yeniləmək təklifini geri çevirib.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 30 yaşlı danimarkalı müdafiəçini İngiltərə Premyer Liqası, Almaniya Bundesliqası, İtaliya A Seriyası və İspaniya La Liqası komandaları azad agent kimi transfer etmək istəyirlər.

Klubun hazırkı təklifi oyunçunun gözləntilərini qarşılamır və bu səbəbdən onun Kataloniya təmsilçisindəki gələcəyi sual altındadır.

Müdafiəçi 2022-ci ilin iyulundan "Barselona"da çıxış edir. O, 2025/2026 mövsümündə keçirdiyi 17 matçda bir qol vurub.

Qeyd edək ki, A.Kristensenin klubla müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na qədərdir. "Transfermarkt" portalı onun dəyərini 9 milyon avro qiymətləndirir.

Xəbər lenti