Pirallahı rayonunda yol-nəqliyyat hadisəsi baş verib, piyada həyatını itirib.
Lent.az xəbər verir ki, İntizar Umudovun idarə etdiyi “Mercedes” markalı avtomobil Pirallahı–Qala yolunun Dübəndi bağ massivində hərəkətdə olarkən piyada keçidindən keçən 58 yaşlı Aləddin Salmanovu vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
hadisə