IMG-LOGO

Braziliyalı triatlonçu yarış zamanı boğularaq öldü

21 Apr 2026 02:39 3 baxış
IMG
0 0

Braziliyalı idmançı Mara Flaviya Araujo ABŞ-ın Texas ştatında keçirilən “Ironman” triatlon yarışı zamanı boğularaq həyatını itirib.

“CNN Brasil”in məlumatına görə, hadisə yarışın üzgüçülük mərhələsi zamanı baş verib.

38 yaşlı idmançı 10 ildən artıq idi triatlonla məşğul olurdu. O, eyni zamanda televiziya sahəsində çalışıb və sosial media üzrə məsləhətçi kimi fəaliyyət göstərirdi.

Hadisənin dəqiq səbəbi hələ rəsmi olaraq təsdiqlənməyib.

triatlon

Xəbər lenti