Kür çayının Samux rayonundan keçən hissəsində suyun səviyyəsi qalxıb.
"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə rayonunun Qaraağaclı kəndinin Qarasaqqal adlanan ərazisində 200 hektara yaxın sahə su altında qalıb.
Samux rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, eyni kənddə əkin olmayan 200 hektar ərazi də su altında qalıb.