IMG-LOGO

Samuxda kişi çardaqdan yıxılaraq ölüb

20 Apr 2026 18:28 6 baxış
IMG

Samux sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində baş verib.

İlkin məlumata görə, kənd sakini, 43 yaşlı Yavər Məmmədov həyətində çardağı təmir edən zaman yıxılıb. Ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma başladılıb.

Xəbər lenti