IMG-LOGO

Novak Cokoviç ATP reytinqində ilk "5-lik"də qalma müddətinə görə yeni rekorda imza atıb

20 Apr 2026 14:40 5 baxış
IMG

Novak Cokovic ATP reytinqində ilk "5-lik"də qalma müddətinə görə yeni dünya rekorduna imza atıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, serbiyalı tennisçi "Böyük Dəbilqə" turnirlərinin 24 qat qalibi kimi bu göstəricidə 860-cı həftəsinə qədəm qoyub.

İsveçrəli Rocer Federerə məxsus 859 həftəlik rekordu yeniləyən Cokovic 860 həftənin 428-ni dünya reytinqinin lideri qismində keçirib. O, 171 həftə ikinci, 167 həftə üçüncü, 59 həftə dördüncü, 35 həftə beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, cari mövsümdə Novak Cokovic sonuncu dəfə ABŞ-nin İndian-Uells şəhərində keçirilən "Masters" turnirində korta çıxıb. Dördüncü dövrədə Cek Dreyperə 6:4, 4:6, 6:7 (5:7) hesabı ilə uduzan tennisçi daha sonra Mayami, Monte-Karlo və Madriddəki yarışları buraxıb.

Xəbər lenti