IMG-LOGO

Aktyor və həyat yoldaşı bir-birini bıçaqlayıb ÖLDÜRDÜ

20 Apr 2026 14:13 6 baxış
IMG
2 0

Rusiyanın Moskva vilayətindəki "Fest" teatrının 28 yaşlı aktyoru Vladislav Benqraf və teatrın qrim sexinin müdiri olan 23 yaşlı həyat yoldaşı Yevgeniya öz mənzillərində baş verən qanlı münaqişə zamanı həyatlarını itiriblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Moskva vilayət prokurorluğunun məlumatına görə, aprelin 19-na keçən gecə baş verən mübahisə zamanı tərəflər bir-birinə ölümcül bıçaq xəsarətləri yetiriblər. İlkin məlumata görə, münaqişənin kəskinləşməsinə səbəb qadının boşanmaq niyyəti olub.

Kişi həyat yoldaşının boyun və sinə nahiyəsinə bir neçə zərbə endirib, bundan sonra istintaqın məlumatına görə, qadın da özünü müdafiə etmək üçün bıçağa əl atıb. Hər iki şəxs ağır xəsarətlər alaraq təcili yardım gələnə qədər hadisə yerində dünyasını dəyişib. Qonşular mənzildən gələn səs-küy və qışqırıqları eşidərək fövqəladə xidmətləri çağırıblar.

Cütlüyə yaxın mənbələrin verdiyi məlumata görə, onların münasibətləri uzun müddətdir ki, qeyri-sabit olub. Yevgeniya ərinin davranışları səbəbindən güclü emosional gərginlik keçirirdi; Vladislav dəfələrlə münaqişə yaradır, sonra üzr istəyir, daha sonra isə eyni vəziyyət yenidən təkrarlanırdı. Nəticədə qadın ayrılmaq qərarına gəlib və ərindən evdən köçməsini xahiş edib.

Faciə ərəfəsində Yevgeniya rəfiqəsinin ad günündə olub. Vladislav isə həmin gün müvəqqəti qaldığı qayınanasının evindən çıxaraq əvvəlcə teatra baş çəkib, sonra dostları ilə görüşüb. Daha sonra o, Mıtışşidəki mənzilə - həyat yoldaşının yanına gəlib və burada həmin məşum münaqişə baş verib.

Hər iki şəxs "Fest" Teatrı ilə bağlı idi. Vladislav "Sirano de Berjerak", "Mafiozi" və digər tamaşalarda rol alıb. Yevgeniya isə teatrın qrim sexinə rəhbərlik edib.

Hadisələr Rusiya mədəniyyət

Xəbər lenti