IMG-LOGO

Lənkəranda iki piyadanı maşın vurdu

14 Mar 2024 21:38 263 baxış
IMG

Lənkəranda yol nəqliyyat hadisəsi baş  verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili piyadalar Lənkəran şəhər sakinləri 28 yaşlı Fariz Ceyhun oğlu Əzizli və 47 yaşlı Ramin Mübariz oğlu Əliyevi vurub.

Hər iki piyada ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır qiymətləndirilən F.Əzizli reanimasiya şöbəsinə yerləşdirilib.

 

Mənbə: lent.az

Xəbər lenti