IMG-LOGO

Bakıda şagird sinif yoldaşını yandırdı

20 Apr 2026 13:17 5 baxış
IMG
0 1

Bakıda şagird məktəbli yoldaşını yandırıb. 

Lent.az xəbər verir ki, hadisə 286 nömrəli məktəbdə qeydə alınıb. 

Məktəbin şagirdi sinif yoldaşına yanıq xəsarəti yetirib. 

BŞTİ-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına  xəsarət yetirib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb.

Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

hadisə 286 nömrəli məktəb

Xəbər lenti