IMG-LOGO

"Moyka"dan qaçırdığı avtomobillə qəza törətdi

20 Apr 2026 11:54 4 baxış
IMG
3 0

Avtoyuma məntəqəsindən qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında “Range Rover” markalı nəqliyyat vasitəsi qaçırılıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

Araşdırma aparılır.

Hadisələr qəza avtomobil

Xəbər lenti