IMG-LOGO

"Neftçi" ilə oyunda "Zirə"nin yubiley heç-heçəsi qeydə alınıb

20 Apr 2026 10:54 4 baxış
IMG

"Zirə" Premyer Liqada 100-cü dəfə heç-heçə edib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Neftçi" ilə ev matçında qeydə alınıb.

Misli Premyer Liqasının XXVIII turunun görüşü 1:1 hesabı ilə nəticələnib.

Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü sülhə imza atıb. "Zirə" çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır. Bakılıların sülhlərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.

Qəsəbə klubunun ilk heç-heçəsi 2015/16 mövsümünə təsadüf edib. 2015-ci il avqustun 16-da "Kəpəz"lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.

Xəbər lenti