IMG-LOGO

"Liverpul" Premyer Liqa tarixində 60 fərqli stadionda qalib gələn ilk komanda olub

20 Apr 2026 09:22 3 baxış
IMG

İngiltərə Premyer Liqasının XXXIII turunda səfərdə "Everton"u 2:1 hesabı ilə məğlub edən "Liverpul" tarixi nailiyyətə imza atıb.

"Report" "Squawka"ya istinadən xəbər verir ki, mersisaydlılar turnir tarixində 60 fərqli stadionda qələbə qazanan ilk komanda olub.

"Hill Dikinson" stadionunda baş tutan Mersisayd derbisində qazanılan bu uğurdan sonra "Liverpul" xallarının sayını 55-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

47 xalı olan "Everton" onuncudur.

Xəbər lenti