Yaponiya hökuməti aprelin 19-u səhər Pxenyanın həyata keçirdiyi raket sınağı ilə bağlı Şimali Koreyaya etirazını bildirib.
"Report" xəbər verir ki, bu barədə hökumətin bildirişində deyilir.
Tokio hesab edib ki, Şimali Koreyanın hərəkətləri Yaponiya, region və beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır.
Yaponiya hökumətinin bu məsələdə ABŞ və Koreya Respublikası ilə sıx əməkdaşlığı davam etdirmək niyyətində olduğu qeyd olunub.