IMG-LOGO

Azərbaycanın 5 güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb

18 Apr 2026 21:51 5 baxış
IMG

Türkiyənin Antalya şəhərində U-20 yaş qrupu üzrə keçirilən "Çempionlar" turnirinin ilk günündə Azərbaycanın 5 güləşçisi fəxri kürsüyə yüksəlib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Sərbəst güləşdə Hacı Kərimov (70 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq çempion olub. Muhamməd İsmayılov (57 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində Roman Kərimov (67 kq) rəqiblərinə şans tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəkidə çıxış edən Murad Əliyev bürünc medalı boynundan asıb. Cavidan Nəhmətov (77 kq) isə turniri gümüş medalla başa vurub.

Xəbər lenti