IMG-LOGO

Lavrov: Rusiya və ABŞ iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edə bilər

18 Apr 2026 15:26 5 baxış
IMG

Rusiya ilə ABŞ arasında iqtisadi münasibətlərin perspektivləri barədə söhbət aparmağın vaxtı çatıb.

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində bəyan edib.

"Hesab edirəm ki, amerikalıların iqtisadi münasibətlərimizin gələcəyini necə gördükləri barədə belə bir söhbət aparmağın vaxtı yetişib", - o deyib.

XİN başçısı vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası dövründə çoxlu sayda fikir ayrılıqları hələ də qalmaqdadır.

Xəbər lenti