IMG-LOGO

Avropa çempionatı: Azərbayan cüdoçusu Zelim Tçkayev bürunc medal uğrunda görüşə çıxacaq

18 Apr 2026 14:35 6 baxış
IMG

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının yarımfinalında məğlub olub.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbəri verir ki, idmançı finala gedən yolda Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub.

Bununla belə, təmsilçimiz bürünc medal qazanmaq şansını saxlayır.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) yarışı mükafatsız başa vurublar.

Xəbər lenti