IMG-LOGO

Paşinyan: İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir

18 Apr 2026 13:19 4 baxış
IMG

Ermənistanın İranla əməkdaşlığa dair baxışı strateji xarakter daşıyır və İrəvan bu ölkənin ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan brifinqdə İran ətrafında, xüsusilə Hörmüz boğazı ilə bağlı vəziyyətlə əlaqədar mümkün alternativ marşrutların axtarışı barədə suala cavabında bildirib.

Onun sözlərinə görə, bu kontekstdə TRIPP (Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu) layihəsinin həyata keçirilməsi çox mühüm əhəmiyyət daşıyır.

"Biz alternativlər formalaşdırırıq, lakin İranla əməkdaşlığa dair baxışımız strateji xarakter daşıyır və İran ərazisindən logistika zəncirlərimizi və imkanlarımızı genişləndirmək istəyirik. Bu baxımdan TRIPP layihəsinin həyata keçirilməsi də çox vacibdir, çünki nəticədə biz İranla dəmir yolu əlaqəsi əldə edəcəyik. Bu, Ermənistana mal idxalını və Ermənistandan mal ixracını xeyli asanlaşdıracaq", - Paşinyan vurğulayıb.

O əlavə edib ki, əvvəlki dövrdə artıq yeni kanal - Mərkəzi Asiyadan keçməklə Çin-Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan-Ermənistan marşrutu üzrə Çinlə dəmir yolu əlaqəsi mövcud olub.

"Güman edirəm ki, iş adamları İran ərazisindən malların çatdırılması ilə bağlı problem gördükləri bütün hallarda malları bu istiqamətdə daşıyacaqlar", - Baş nazir deyib. O, yaxın gələcəkdə vəziyyətin nizamlanması çərçivəsində TRIPP layihəsinin həyata keçiriləcəyinə, nəticədə İran-Ermənistan və Fars Körfəzi-Qara Dəniz dəmir yolu əlaqələrinin formalaşdırılacağına əminliyini ifadə edib.

Xəbər lenti