IMG-LOGO

Müşfiqabadda ağacəkmə aksiyası keçirilib

18 Apr 2026 13:41 4 baxış
IMG

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aksiyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak edib.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Xəbər lenti