ABŞ-nin Rusiya neftinin bir hissəsi üçün icazə müddətinin uzadılması qərarı 100 milyon bareldən çox neftə təsir edəcək.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkə prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev sosial şəbəkələrdə bildirib.
"Qərar, keçən dəfə olduğu kimi, yolda olan 100 milyon bareldən çox nefti əhatə edəcək", - o qeyd edib.
Xüsusi nümayəndənin sözlərinə görə, Rusiya tərəfi ABŞ ilə iqtisadi və enerji məsələləri üzrə birgə işi davam etdirir.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi aprelin 17-dək tankerlərə yüklənmiş Rusiya mənşəli xam neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatlar üçün icazə müddətini 16 maya qədər uzadıldığını bildirib.