IMG-LOGO

Muxtar Babayev: Zəngin ölkələr COP-larda qəbul edilən qərarları nəzərə almalıdır

18 Apr 2026 12:41 4 baxış
IMG

Öncəki COP-larda alınan qərarların bəziləri ya tətbiq edilməyib, ya da yarımçıq qalıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "COP31-ə doğru: Geosiyasi sınaqların yaşandığı bir dövrdə iqlim fəaliyyətini gücləndirmək" adlı paneldə deyib.

M.Babayev qeyd edib ki, inkişaf etməkdə olan ölkələr eləcə də Afrika üçün həll yönümlü ciddi addımlar atılmalıdır:

"Böyük və zəngin ölkələr birlikdə addımlar atarkən COP-larda alınan qərarları diqqətə almalıdır. Çünki hər il müzakirə olunan mövzular bir məqsədə xitab edir. Lakin ildən ilə ciddi dəyişiklik qeydə alınmır".

Xəbər lenti