IMG-LOGO

Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi iclası olacaq

18 Apr 2026 11:57 2 baxış
IMG

Bu gün Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Qeyd olunub ki, iclas TDT-nin 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilmiş 12-ci Zirvə toplantısında qəbul edilən "xarici işlər nazirlərinin daha tez-tez bir araya gəlməsi" qərarına uyğun olaraq təşkil olunacaq.

İclasda Türk dünyasının xarici siyasət üzrə koordinasiyası, Qəzza və İran kontekstində regional məsələlər, eləcə də Türkiyənin ilin ikinci yarısında üzərinə götürəcəyi TDT Dövr Sədrliyi prosesi müzakirə olunacaq.

Xəbər lenti