IMG-LOGO

Azərbaycanın daha bir cüdoçusu Zelim Tçkayev Avropa çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB

18 Apr 2026 10:51 3 baxış
IMG

Azərbaycanın daha bir cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbəri verir ki, idmançı 1/16 finalda Nase Herkoviçlə (Sloveniya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Z. Tçkayev növbəti raunda yüksəlib.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

10:29

Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, idmançı 1/32 finalda Maya Goşenlə (İsrail) üz-üzə gəlib.

Rəqibini məğlub edən S.Ağayevə növbəti raunda vəsiqə qazanıb.

Bu gün Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq) və Murad Fətiyev (90 kq) də tatamiyə çıxacaqlar.

Xatırladaq ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdo ilə təmsil olunur.

Xəbər lenti