Hindistanın cənubundakı Tamilnad ştatının Valparay təpələrində turist mikroavtobusu dağ yolundan dərəyə aşması nəticəsində doqquz nəfər ölüb.
Bu barədə "Report" ANI agentliyinə istinadən xəbər verir.
Məlumata görə, nəqliyyat vasitəsində 13 turist olub. Dolama dağ yolundan enərkən mikroavtobusun sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi dərəyə düşüb.
Hadisə nəticəsində doqquz nəfər ölüb, daha dörd nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Qəza yerinə təcili yardım xidmətləri çağırılıb, hadisənin səbəbləri araşdırılır.