IMG-LOGO

Niyə pişiklər tər qoxusunu sevir? - 5 maraqlı səbəb

17 Apr 2026 15:46 6 baxış
IMG
1 0

Bir çox hallarda pişiyinizin qoltuqaltınızı iylədiyini və ya geyinilmiş paltarlarınızın üstündə yatdığını görə bilərsiniz. Bu davranış əslində tamamilə normaldır. Çünki pişiklər üçün insan qoxusu sadəcə qoxu deyil məlumat mənbəyidir.

Lent.az 5 maraqlı səbəbi təqdim edir:

Pişiklər qoxunu necə “oxuyur”?

Pişiklərin qoxu hissi insanlardan qat-qat güclüdür. Onlarda 45–200 milyon arası qoxu reseptoru var (insanlarda təxminən 10 milyon). Bundan əlavə, onların xüsusi vomeronazal orqanı var ki, bu da kimyəvi siqnalları “oxumağa” kömək edir.

Pişiklərin tər qoxusunu sevməsinin 5 səbəbi

1. Bu qoxu onlar üçün “ev” deməkdir Bir çox pişik üçün sahibinin qoxusu təhlükəsizlik hissi yaradır. Xüsusilə qarışıq və stressli mühitdə bu qoxu onları sakitləşdirir. Buna görə də ən çox qoxu olan yerləri seçirlər geyinilmiş köynəklər, yaxalıq hissəsi və ya qoltuqaltı.

2. Qoxular onların ərazisinin bir hissəsidir Pişiklər üçün qoxu onların mühitinin vacib hissəsidir. Geyinilmiş paltarlar onlar üçün “çirkli” deyil, əksinə tanış və təhlükəsiz əşyalar hesab olunur. Onların üstündə yatmaq “bura mənim mühitimdir” deməkdir.

3. Tər yeni məlumat verir Bəzən pişiklər qoxu daha güclü olanda daha diqqətli olurlar. Çünki tər onların üçün yeni “məlumat” deməkdir — daha çox aktivlik, fərqli mühit və ya dəyişən gündəlik rejim.

4. Kimyəvi siqnallar (feromonlar) Tər vəzilərinin yaxınlığında feromonlara bənzər siqnallar olur. Pişiklər bu siqnallara instinktiv olaraq maraq göstərir və bəzən buna daha güclü reaksiya verirlər.

5. Duz onları cəlb edə bilər Tər tərkibində duz var. Bəzən səbəb çox sadədir bu qoxu və onun duzlu notu pişik üçün maraqlıdır. Xüsusilə birbaşa dəriyə təmas etmiş paltarlarda bu daha çox hiss olunur. Pişiklərin tər qoxusuna maraq göstərməsi qəribə görünsə də, bu tamamilə təbii davranışdır. Bu, onların instinktləri, qoxu hissi və sahibinə bağlılığı ilə bağlıdır.

Heyvanlar aləmi pişiklər pişiklərin qoxu hissi

Xəbər lenti