İstanbulda tıxacda obyektivlərə tuş gələn Hülya Avşar, qızı Zehra Çilingiroğlunun sevgilisi Mürsel Kayadan evlilik təklifi alması barədə ilk dəfə danışıb.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, məşhur sənətçi qızının bu mühüm addımı ilə bağlı xoş arzularını dilə gətirərək qısa şərh verib:
"Mən hər şeyin zamanında olmalı olduğuna inanıram. İnşallah, hər şeyin xeyirlisi olsun".
Qeyd edək ki, Mürsel Kayanın Zehra Çilingiroğluna etdiyi evlilik təklifi son günlər maqazin dünyasının ən çox müzakirə edilən mövzularından biri olub.
Hülya Avşar maqazin