IMG-LOGO

"Azərbaycan-Türkiyə Enerji Forumu"nun növbəti iclası müzakirə edilib

17 Apr 2026 13:57 6 baxış
IMG

Energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb.

"Report" xəbər verir ki, bunu azərbaycanlı nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, görüşdə qlobal enerji təhlükəsizliyi, ikitərəfli enerji gündəliyi, karbohidrogen və "yaşıl enerji" ixracı, "Azərbaycan-Türkiyə Enerji Forumu"nun növbəti iclası ilə bağlı məsələlər müzakirə edilib.

Xəbər lenti