IMG-LOGO

Pərviz Şahbazov: "Yüksək neft qiymətləri istehsalçılara hər zaman fayda vermir"

17 Apr 2026 12:37 5 baxış
IMG

Azərbaycanın energetika naziri Pərviz Şahbazov neft qiymətlərinin artmasının neft istehsalçılarına böyük fayda gətirdiyi fikrini təkzib edib.

"Report"un Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o bunu Antalya Diplomatiya Forumu çərçivəsində energetika üzrə panel sessiyasında çıxışı zamanı bildirib.

"Yüksək qiymətlərlə (neftə - red.) bağlı belə bir fikir var ki, istehsalçılar bundan əhəmiyyətli fayda əldə edir - bu, həqiqətə tam uyğun gəlmir. Çünki, bir qayda olaraq, neft hasil edən və ya ümumilikdə karbohidrogen ölkələrinin suveren rifah fondları var ki, onlar da qlobal maliyyə bazarlarına və müxtəlif aktivlərə investisiya qoyur. Və fond bazarı düşəndə biz də, əlbəttə, bunu hiss etməyə başlayırıq - eynilə idxal əməliyyatlarımız vasitəsilə olduğu kimi. Yəni bu, əlbəttə ki, təsir göstərir", - nazir bildirib.

O əlavə edib ki, bəzən iri istehsalçı ölkələr bundan sığortalandıqlarını düşünürlər:

"Bu, ciddi məqamdır, çünki nəticə etibarilə biz yüksək neft qiymətlərindən qazandığımızdan daha çox itirə bilərik - artıq dediyim kimi, fond bazarlarının düşməsi səbəbindən. Məhz buna görə biz həmişə neft qiymətlərinin balanslaşdırılmış olmasını müdafiə etmişik ki, bu həm istehsalçı ölkələr, həm istehlakçılar, həm də ümumilikdə neft-qaz sənayesi üçün vacibdir".

Xəbər lenti