IMG-LOGO

Netanyahu: İsrail qoşunları atəşkəsdən sonra Livanın cənubunda qalacaq

16 Apr 2026 22:33 4 baxış
IMG

İsrail hərbçiləri atəşkəs rejimi qüvvəyə mindikdən sonra da Livanın cənubunda tutduqları mövqeləri tərk etməyəcəklər.

"Report" "Ynet"ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin təcili iclası zamanı bildirib.

"(ABŞ Prezidenti Donald) Tramp İsraillə sıx koordinasiya şəraitində fəaliyyət göstərir, İsrail isə onunla əməkdaşlıq edir. ABŞ Prezidentinin xahişi ilə atəşkəs (İsrail və Livan arasında - red.) gecəyarısı başlayacaq. Qüvvələrimiz atəşkəs günlərində strateji nöqtələrdə qalacaq", - deyə o qeyd edib.

"Ynet"in məlumatına görə, İsrail Müdafiə Qüvvələri Livanın dərinliklərindəki mövqelərdə qalacaq və yaranan təhdidlərə qarşı dərhal hərəkətə keçəcək.

"Əgər növbəti 10 gün ərzində Livan hökuməti "Hizbullah"ın ləğv edilməsi üçün praktiki addımlar atmasa, İsrail bunu dərhal güc yolu ilə edəcək", - mənbə portala bildirib.

Xəbər lenti