"G Capital" MMC nizamnamə kapitalını 14,398 milyon manat və yaxud 9,4 % azaldaraq 153,775 milyon manatdan 139,377 milyon manata endirdiyini elan edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 1 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "G Capital" 2021-ci ildə yaradılıb, ləğv edilmiş "Gilan Holdinq" MMC-yə daxil olub.