Rusiya iqtisadiyyatı müasir tarixində ilk dəfə olaraq işçi qüvvəsi çatışmazlığı ilə üzləşib.
"Report" "Kommersant"a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina Moskva Birjasının Birja Forumunda bildirib.
O, bunu hakimiyyət və biznes üçün yeni reallıq adlandırıb.
"Hazırda bizdə xarici şərtlərin pisləşməsi, demək olar ki, daimi xarakter daşıyır - bu, həm ixrac, həm də idxal üzrədir. İşsizlik - 2%. Məhz bu və ötən ilin əvvəlinə inflyasiyanın on faizə qədər sürətlənməsi iqtisadiyyatın həddindən artıq yüklənməsinin sübutudur. Yüksək artım templəri deyil, iqtisadiyyatın vəziyyətini xarakterizə edən məhz bu amillərdir", - Nabiullina deyib.
Onun sözlərinə görə, belə şəraitdə pul-kredit siyasətinin uzunmüddətli sərtliyi qeyri-adi görünə bilər.