IMG-LOGO

Peskov: Rusiya sanksiya təzyiqinə uyğunlaşıb və bundan sonra da belə davam edəcək

16 Apr 2026 14:45 7 baxış
IMG

Rusiyada ABŞ-nin Rusiya neftinin satışına yenidən məhdudiyyətlər tətbiq edə biləcəyini gözləyirdilər.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya artıq sanksiya təzyiqi şəraitində yaşamağa uyğunlaşıb.

"Bunu təxmin etmək mümkün idi. Bu, hadisələrin inkişaf variantlarından biri idi. Biz artıq elə fəaliyyət göstərməyi öyrənmişik ki, bu cür tədbirlərin nəticələrini maraqlarımız üçün minimuma endirək. Bundan sonra da belə edəcəyik", - Kremlin nümayəndəsi əlavə edib.

Xəbər lenti