IMG-LOGO

Fon der Lyayen: Avropa və Fars körfəzi ölkələri tərəfdaşlığı gücləndirməlidir

16 Apr 2026 13:52 12 baxış
IMG

Avropa və Fars körfəzi ölkələri ümumi təhlükəsizlik çağırışları fonunda əməkdaşlığı dərinləşdirməlidir.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen "X" hesabında yazıb.

Onun sözlərinə görə, iki regionun təhlükəsizliyi bir-biri ilə qarşılıqlı surətdə əlaqəlidir və Avropa İttifaqı (Aİ) İranın hücumları şəraitində Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası ilə tam həmrəydir.

Fon der Lyayen Rusiya-Ukrayna müharibəsi kontekstində nümayiş etdirdikləri həmrəylik və vasitəçilik səylərinə görə bir sıra Körfəz ölkələrinə təşəkkür edib.

"İndiki şəraitdə Avropa və Fars körfəzi ölkələri arasında daha sıx tərəfdaşlıq tələb olunur", - o yazıb.

AK sədri qeyd edib ki, qarşıdan gələn Aİ-Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası sammiti tərəflər arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün mühüm fürsət olacaq.

Bundan başqa, o, gələn həftə Kiprdə keçiriləcək görüşlər zamanı müzakirələri davam etdirmək niyyətində olduğunu bildirib.

Xəbər lenti