Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 40 ünvanında ağacların kəsilməsi ilə bağlı yayılan görüntülərlə aydınlıq gətirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Lent.az-a bildirib ki, piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov rayon bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub:
"Agentliyin mütəxəssisləri tərəfindən sözügedən yaşıllıqlara baxış keçirilib və 12 göyrüş ağacının quruduğu müəyyən edilib. Ağaclar xüsusi identifikasiya etiketi ilə qeydiyyata alınaraq inventarlaşdırılıb. Daha sonra ağacların götürülərək əvəzinə ərazidə yeni tinglərin əkilməsi şərti ilə rəy verilib".
İ.İbrahimovanın sözlərinə görə, quru ağacların götürülməsi işləri Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həyata keçirilib.
***
saat 10:47
Bakı şəhərinin Nərimanov rayonu, Faiq Yusifov küçəsində ağaclar kütləvi şəkildə məhv edilir.
Lent.az xəbər verir ki, bu barədə oxu.az-a müraciət daxil olub.
Şikayətdə bildirilir ki, sözügedən ərazidə səkidə yerləşən ağaclar kəsilib, budaqları və yonqar qalıqları isə əraziyə səpələnib.
Redaksiyamızı məlumatlandıran sakin deyib ki, ağacların hansı səbəbdən və kim tərəfindən kəsildiyi məlum deyil:
"Ağacların kəsilməsi üçün müvafiq icra orqanının icazəsi tələb edilir. Qanunun pozulması inzibati cərimələrə və dəymiş ziyanın ödənilməsi öhdəliyinə səbəb olur. Ağır hallarda isə cinayət məsuliyyəti nəzərdə tutulur. Təhlükə yaradan ağacların kəsilməsi üçün xüsusi razılıq alınmalıdır".
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr ağac təbiət

