IMG-LOGO

Ukrayna Tuapse şəhərinə hücum edib, ölən və yaralananlar var

16 Apr 2026 12:16 3 baxış
IMG

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Krasnodar diyarının Tuapse şəhərinə hücum edib, nəticədə 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev öz teleqram kanalında bildirib.

"Tuapseyə pilotsuz uçuş aparatı (PUA) ilə hücum səbəbindən yaralananları sayı 7 nəfərə çatıb. Daha əvvəl bildirdiyim kimi, təəssüf ki, 2 nəfər ölüb. Məlumata görə, ölənlərdən biri 14 yaşlı qız, digəri isə gənc qadındır, onun şəxsiyyəti müəyyənləşdirilir", - o yazıb.

O, həmçinin qeyd edib ki, Tuapsedə fövqəladə vəziyyət rejimi tətbiq edilib. PUA-nın qalıqları 24 fərdi və 6 çoxmənzilli evə, eləcə də iki təhsil müəssisəsinə və musiqi məktəbinə ziyan vurub.

Kondratyev həmçinin əlavə edib ki, Novorossiyskdə PUA qalıqları mülki gəmiyə dəyib, nəticədə yanğın baş verib və o, operativ şəkildə söndürülüb. Bir nəfər yaralanıb və o xəstəxanaya çatdırılıb.

Xəbər lenti