Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi uzunluğu 3 878,1 km olan 68 layihə üzrə tikinti işləri aparılması nəzərdə tutulur.
Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, hazırda azad edilmiş ərazilərdə ümumi uzunluğu 2 432,8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir:
"Ümumi uzunluğu 71,2 km olan 48 tunelin tikintisi nəzərdə tutulur, 13,6 km-lik 7 tunelin tikintisi başa çatdırılıb. Bundan əlavə, 57,6 km-lik 41 tunelin tikintisi isə davam etdirilir".
Məlumata əsasən, Qarabağ və Şərqi Zəngəzurda ümumi uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur: "8 839,1 metrlik 392 körpü artıq inşa edilib. Ümumi uzunluğu 3 871 metr olan 16 viadukun tikintisi də planlaşdırılır. Uzunluğu 1 965 metr olan 9 viadukun tikintisi başa çatdırılıb".