IMG-LOGO

Sabah 22 dərəcə isti olacaq - hava PROQNOZU

16 Apr 2026 12:25 13 baxış
IMG
0 0

Aprelin 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub-qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 9-12° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.  

Hava proqnozu

Xəbər lenti