Pakistanın Baş naziri Şahbaz Şərif Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşmək üçün bu ölkənin paytaxtı Dohaya gedəcək.
"Report" xəbər verir ki, bu barədə "Sky News" telekanalının məlumatında deyilir.
Tərəflər İranla ABŞ arasında uzunmüddətli atəşkəsə nail olunması perspektivlərini müzakirə etmək niyyətindədirlər.
Məlumata görə, dünən Şərif Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb. Görüşdə ABŞ ilə İran arasında atəşkəsə nail olunmasında, həmçinin İslamabadda keçirilmiş danışıqların təşkilində Pakistanın rolu müzakirə edib.