Sabirabadda avtomobilin vurduğu piyada ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirlib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Sabirabad rayonunun Yaxa Dəllək kəndində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobil yolun kənarı ilə hərəkət edən Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu vurub.
Piyada ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib. Piyada aldığı xəsarətlərdən səhər saatlarında ölüb.
Faktla bağlı araşdırma aparılır.
***
00:19
Sabirabadda avtomobilin vurduğu piyada ağır kəllə-beyin travması alıb.
Lent.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Yaxa Dəllək kəndində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobil yolun kənarı ilə hərəkət edən piyada Sabirabad rayonu, Yaxa Dəllək kənd sakini, 1983-cü il təvəllüdlü Əsədov Şamo Eyyub oğlunu vurub.
Piyada ağır kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
Sabirabad qəza