IMG-LOGO

"FT": Livanda atəşkəs bu həftə qüvvəyə minə bilər

16 Apr 2026 06:49 5 baxış
IMG

Livanda atəşkəs tezliklə elan edilə və bu həftə qüvvəyə minə bilər.

"Report"un "Financial Times"a istinadən verdiyi xəbərə görə, bu barədə iki mənbə məlumat verib.

Onların fikrincə, bu, İsrail qoşunları Livanın cənubundakı sərhəd şəhəri Bint-Cbeyil üzərində nəzarəti ələ keçirdikdən sonra baş verə bilər.

Adının çəkilməsini istəməyən Livan rəsmisi qəzetə bildirib ki, mümkün razılaşma İsrailin hücumlarının dayandırılmasını əhatə etsə də, onun qoşunlarının Livan ərazisindən çıxarılmasını özündə ehtiva etmir.

Eyni zamanda, Livan hökumət mənbələri atəşkəsin müddətinin ABŞ və İran arasında mövcud atəşkəslə əlaqəli olacağını bildiriblər. Vaşinqton və Təl-Əviv əvvəllər Livana hücumların dayandırılmasının ABŞ-İran razılaşmasının bir hissəsi olmadığını bildiriblər. Lakin danışıqlarda vasitəçi olan İran və Pakistanın nümayəndələri bunun əksini iddia ediblər.

Xəbər lenti