IMG-LOGO

Avstraliyada iki neft emalı zavodundan birində yanğın baş verib

16 Apr 2026 04:50 4 baxış
IMG

Avstraliyanın Viktoriya ştatının Gilong şəhəri yaxınlığındakı neft emalı zavodunda böyük yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə "ABC" məlumat yayıb.

Viktoriya Yanğın Xidmətinin məlumatına görə, yanğın avtomobil benzini istehsalı müəssisəsində baş verib. Zavoddakı bütün işçilər təxliyə edilib. Xəsarət alanlar barədə məlumat yoxdur.

Qatı tüstü səbəbindən yaxınlıqdakı ərazilərdə yaşayan sakinlərə evdə qalmaları və pəncərələri bağlı saxlamaları tövsiyə olunur. Yanğınsöndürənlər hələlik alovu söndürə bilməyiblər.

Gilong neft emalı zavodu Avstraliyada fəaliyyət göstərən yalnız iki neft emalı zavodundan biridir və ölkənin yanacaq istehlakının təxminən 10%-ni təmin edir.

Xəbər lenti