IMG-LOGO

Uğurun maqnitidir - Evdə mütləq olmalı əşyalar

15 Apr 2026 18:00 3 baxış
IMG
0 0

Bir çox insan uğursuzluqdan şikayət edir, lakin sadə bir həqiqəti unudur: uğur düzgün qurulmuş mühiti seçir. Əslində rifah və xoşbəxtliyi cəlb etmək üçün ekstrasenslərə müraciət etməyə ehtiyac yoxdur sadəcə evinizi səliqəyə salmaq və onu düzgün “uğur siqnalları” ilə tamamlamak kifayətdir.

Lent.az bu əşyaları təqdim edir:

Mütəxəssislərin fikrincə, bəzi əşyalar maqnit kimi müsbət enerjini özünə cəlb edir. Burada söhbət təsadüfi bəzəklərdən deyil, əsrlər boyu müxtəlif mədəniyyətlərdə özünü doğrultmuş simvollardan gedir.

Evin giriş hissəsi xüsusi əhəmiyyət daşıyır, çünki uğurun evə daxil olub-olmaması məhz burada müəyyənləşir. Xalq inanclarına görə, sadə sancaq belə qoruyucu rol oynaya bilər və mənfi enerjini uzaqlaşdırır. Feng-şuiyə görə isə qapının iç tərəfində asılan kiçik zəng evə pozitiv enerji gətirir və xoş hadisələri “dəvət edir”. Əgər maddi çətinliklər hiss olunursa, evdə canlı bitkilərə xüsusi diqqət yetirmək lazımdır.

“Pul ağacı” kimi tanınan bitkilər və bambuk bolluq və rifahın simvolu hesab olunur. Onlar həm də evin enerjisini təmizləyir. Qurumuş bitkiləri isə saxlamaq olmaz onları mütləq yenisi ilə əvəz etmək lazımdır. Ən qədim uğur rəmzlərindən biri də nal hesab olunur.

Onu qapının üstündən ucları yuxarı istiqamətdə asmaq tövsiyə edilir ki, uğur evdə toplansın. Bundan əlavə, fil fiqurları sabitlik, güc və müdrikliyin simvoludur. İnanca görə, bir neçə fil fiquru evdə harmoniya yaradır və mübahisələri azaldır.

Güzgülərlə ehtiyatlı davranmaq lazımdır, çünki onlar enerjini həm əks etdirir, həm də gücləndirir. Güzgünü giriş qapısının qarşısında yerləşdirmək məsləhət görülmür. Əvəzində, yemək masasının qarşısında yerləşdirilən güzgü bolluq hissini artırır və onu simvolik olaraq “ikiqat edir”.

Sadə görünən, lakin təsirli əşyalardan biri də süpürgədir. Ənənəyə görə, süpürgə sapı aşağı istiqamətdə saxlanmalıdır bu, mənfi enerjinin evdən uzaqlaşdırılmasına kömək edir. Qırmızı sapdan hazırlanmış aksessuarlar da qoruyucu təsir göstərir. Evdəki qab-qacaq da diqqətdən kənarda qalmamalıdır.

Çatlamış və ya sınıq qablar saxlanılmamalıdır, çünki bu, maddi itkiləri və gərginliyi simvolizə edir. Əksinə, bütöv və səliqəli qablar bolluq enerjisini artırır. Rəng seçimi də mühüm rol oynayır. Xüsusilə qırmızı rəng uğur, enerji və tanınma simvolu hesab olunur. Evin müəyyən hissələrində bu rəngdən istifadə etmək ümumi atmosferə müsbət təsir göstərir. Sonda isə kiçik, lakin təsirli bir detal süfrədə sitrus meyvələrinin olmasıdır.

Portağal və limon kimi meyvələr yalnız dekor elementi deyil, həm də bolluq və pozitiv enerji rəmzi sayılır. Ev sadəcə yaşayış məkanı deyil, sizin daxili enerjinizin əksidir. Düzgün qurulmuş mühit sayəsində uğur həyatınıza daha asan daxil ola bilər

Maraq ev enerjisi bolluq və bərəkət pul ağacı

Xəbər lenti