Biləsuvarda alverçilər arasında dava olub.
Lent.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
İttiham aktına görə, 27 yaşlı kənd sakini Murad Bağırov (ad və soyad şərtidir) mübahisə zamanı onunla birgə ev quşu satan digər şəxsi döyüb. Məlumata görə, Murad və zərərçəkən Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində, yol kənarında ev quşları sataraq qazanc əldə edirmişlər. Hadisə olan günü bir müştəri avtomobillə ona yaxınlaşaraq ev quşu olan qaz almaq istəyib. Lakin həmkəndlisi olan digər şəxs onun müştərisinə yaxınlaşaraq alver etməsinə mane olub. Nəticədə həmkəndlilər arasında mübahisə düşüb. Mübahisə zamanı Murad həmkəndlisini yumruq və təpik zərbələri ilə döyərək xəsarətlər yetirib.
Faktla bağlı Murad Bağırov saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini xahiş edib.
Zərərçəkən şəxs də həmçinin Murada qarşı şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə Murad Bağırov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hadisələr Biləsuvar məhkəmə işləri cinayət işləri ev quşları quşlar