Bakının Yasamal rayonu Vidadi küçəsində fərdi yaşayış evində yanğın baş verib.
"Report"un məlumatına görə, yanğın iki mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
15:43
Bakının mərkəzində fərdi yaşayış evində yanğın başlayıb.
"Report" xəbər verir ki, yanğın Akademik Milli Dram Teatrının yaxınlığında baş verib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər keçirilir.