IMG-LOGO

İraq bayrağı altında üzən supertanker Hörmüz boğazındakı ABŞ blokadasını keçə bilib

15 Apr 2026 13:21 10 baxış
IMG

İraq bayrağı altında üzən "Agios Fanourios I" supertankeri Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" "Bloomberg"ə istinadən məlumat yayıb.

Bu, ABŞ tərəfindən blokada başlayandan bəri bu yol ilə şimal-qərbə doğru keçən ilk neft daşıyan gəmi olub.

Agentlik qeyd edib ki, hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Oman körfəzində gəmilərin hərəkətinə mane olur. Həmçinin bildirilib ki, amerikalı hərbçilər daha əvvəl bəzi tankerləri, o cümlədən ABŞ sanksiyaları altında olan "Rich Starry" gəmisini geri dönməyə məcbur ediblər.

"Agios Fanourios I" tankeri İrana doğru getmirdi və ABŞ-nin qara siyahısına daxil edilməyib. Gəmiləri izləyən sistemlər göstərir ki, tanker İraqın Bəsrə şəhərinə doğru hərəkət edir.

Bu arada "Rich Starry" gəmisi hələ də boğazdadır və göstəriş gözlədiyinə dair siqnal verir. Məlumatlara görə, o hələ də Fars körfəzindən çıxdığı eyni yüklə yüklənmiş vəziyyətdədir.

Xəbər lenti