IMG-LOGO

Tağıyev qəsəbəsində uşaqları dəm qazından zəhərlənən ailənin 6 övladı dövlət himayəsində qalacaq

15 Apr 2026 13:29 4 baxış
IMG

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən daha iki uşaq valideynlərin razılığı əsasında dövlət himayəsinə veriləcək.

Sumqayıt Şəhər İcra Hakimiyyəti "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirib ki, yeni tədris ili başlayandan sonra həmin uşaqlar Bilgəhdə yerləşən internat evində təhsillərini davam etdirəcəklər.

Qeyd olunub ki, ailənin ümumilikdə 7 uşağı var, onlardan 4-ü hazırda Bilgəhdə yerləşən internat evində təhsil alır:

"Yerdə qalan iki uşaq da dövlət himayəsinə veriləcək. Həmin uşaqların gələn həftədən etibarən dövlət himayəsinə verilməsi nəzərdə tutulur və onlar növbəti tədris ilindən etibarən Bilgəhdə təhsillərini davam etdirəcəklər. Ailədə qalan körpə isə südəmər olduğundan valideynlərin yanında qalır".

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib, sonradan, aprelin 3-də 2 yaşlı körpə qız ölüb.

Xəbər lenti