Naxçıvan Muxtar Respublikasında (MR) sahibkarlara verilən lisenziyaların sayı 71,4 faiz artıb.
"Report"un yerli bürosunun məlumatına görə, bu ilin yanvar-mart aylarında muxtar respublikanın İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 12 lisenziya verilib.
Verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 71,4 faiz, lisenziyalardan daxilolmaların məbləği isə ötən ilin müvafiq dövrünə nisbətən 82,4 faiz artıb.
Cari ilin 3 ayı ərzində Naxçıvan MR müvafiq qurumlarının verdiyi 1206 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 27,5 min manat vəsait daxil olub.